“Müxalifət uğursuzluqdan çıxa bilməyəcək ” RƏY-ÖZƏL

“Müxalifət uğursuzluqdan çıxa bilməyəcək ” RƏY-ÖZƏL

"Son zamanlar müşahidə edirik ki, müxalifətin radikal qanadı olan AXCP və “Milli Şura” adlanan qurumda təmsil olunanlar daha çox ölkədə qeyri stabil vəziyyət yaratmağa yönəlik addımlar atmağa çalışırlar". Bunu SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, bu da Azərbaycanda stabilliyin pozulmasına yönəlmiş addım saymaq olar: "Bütün bunların arxasında nə durur? Təbii ki, bunun arxasında Azərbaycana qarşı xaricidə olan anti-milli qüvvələr durur. Son zamanlar adları çəkilən qüvvələrin qanunsuz aksiyaların keçirilməsinə cəhd etmələri təsadüfi sayıla bilməz. Ümumiyyətlə, bunların nə etməsindən asılı olmayaraq adları çəkilən bu qüvvələr heç vaxtı öz istəklərinə çatmayacaqdır. Çünki xalq bunları dəstəkləmir və bundan sonrada dəstəkləməyəcəkdir. Müxalifət düşərgəsini təmsil edən şəxslərdə özləri də çox yaxşı görür ki, xalq bunlardan üz döndərib. Heç kəsə sirr deyil ki, adları çəkilən qüvvələr xaricidən maliyyələşir. Xarici qüvvələrindən bu maliyyənin qarşılığında onlardan tələbi ölkədə nə isə bir xoşagəlməz vəziyyət yaratmaqdır. Ona görə də, müxalifət düşərgəsini təmsil edən bu şəxslər ölkədə icazəsiz aksiyalar keçirmək və hay-küy qopartmaqla şou yaratmağa çalışırlar. Bir sözlə, adları çəkilən qüvvələrin atdıqları bütün addımlar yəni istər icazəli aksiyalar, istərsə də icazəsiz aksiyaları uğursuzluğa düçar olub və bundan sonrada olacaq".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə