"Qaragür müxalifət bütün fəaliyyətini qaragürüh üzərində də qurur". Bunu SİA-ya açıqlamasında “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov deyib.
Onun sözlərinə görə, bunların fəaliyyətində qanundan da, milli dəyərlərdən də dövlətçilik mənafelərində də hamsından öncə maliyyə, puldur və xaricidən olan sifarişlər durur: "Bir sözlə, müxalifət üçün pul olanda ümumiyyətlə qanunlarda, bütün dəyərlərdə yaddan çıxış. Çünki müxalifət üçün pul hər şey deməkdir. Müxalifət də xaricidən onlara gələn bu maliyyəni əldən verməmək üçün ölkə qanunlarını da yaddan çıxarırlar, milli və dövlətçilik dəyərlərində taptalayır. Ona görə də, adı çəkilən şəxslərdən qanunlara əməl olunmasını gözləmək sadəcə olaraq, bir sadəlövlük olardı. Ümumiyyətlə, müxalifətin heç vaxt ölkəmiz ilə bağlı olan məkrli planı heç vaxt baş tutmayacaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB