Suriyalı ermənilər Ermənistandakı yaşayış şərtləri haqqında bildiklərini söyləyərək Ermənistana köçməkdən imtina edirlər. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Jamanak" qəzeti yazır.
Qəzet Suriya mənbələrinə istinadən yazır ki, müxtəlif səbəblərə görə, Hələbə köçməkdən imtina edən və kürdlərin nəzarətində olan 3800-4000 erməni Qamışlının ərazisində qalmaqda davam edirlər.
Mənbənin bildirdiyinə görə, onlara Ermənistana köçmək təklif edilib, lakin onlar Ermənistandakı yaşayış şəraitinin daha yaxşı olmadığını bildiklərini söyləyərək bu təklifi də rədd ediblər.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB