Ermənistanın hakim "Mənim addımım" partiyası Qrayr Tovmasyandan yaxa "qurtarmasının" yeni variantlarını nəzərdən keçirir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Qraparak" qəzeti yazır.
Qəzet yazır ki, Konstitusiya Məhkəməsinin qərarından sonra "Mənim addımım" partiyasının nümayəndələri və vəkillər - Makunts, Simidyan, Suren Qriqoryan, Arusyak Djulakyan-ın iştirakı ilə təcili iclası keçirilib. İclasda Konstitusiya Məhkəməsinin qərarı müzakirə etdilib, hansıki, onların özləri üçün də sürpriz olub. Çünki, "Mənim addımım" partiyası belə bir nəticəni bilsə də, bu mərhələdə gözləmirdi.
Nəşrin əldə etdiyi məlumata görə, Konstitusiya Məhkəməsinin üzvləri məsələni “bu anda və bu yerdə” bağlamaq qərarına gəliblər. "Mənim addımım" partiyasının nümayəndələri Nikol Paşinyanın partiya ilə görüşdə, Qrayr Tovmasyan hər halda "getməlidir" vədini əsas götürərək, onlar növbəti addımlarını müzakirə ediblər. Tovmasyanın "getməsi" üçün üç variant müzakirə edilib. Birinci və ikinci qanunverici yolla bunun baş tutmayacağı təqdirdə, “axırıncı yol”, üçüncü yol, Qrayr Tovmasyana qarşı cinayət təqibi ssenarisi ortaya atılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB