Davudoğlu Klintonla görüşüb

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu BMT İnsan Haqları Şurasının 16-cı sessiyasında iştirak etmək üçün getdiyi İsveçrənin Cenevrə şəhərində ABŞ dövlət katibi Hillari Klintonla görüşüb.

SİA-nın xəbərinə görə, Davudoğlu-Klinton görüşündə Liviyadakı son proseslərin və digər ölkələrdəki xalq üsyanlarının müzakirə olunduğu bildirilir. Görüşdə Davudoğlu Liviyadakı Türkiyə vətəndaşlarının təxliyəsindən bəhs edib. Klinton isə Türkiyənin uğurlu evakuasiya siyasətini təqdir edib.

Görüş bir saata yaxın davam edib. Daha sonra Davudoğlu Bosniya-Hersoqovinanın xarici işlər naziri Sven Alkalajla görüşüb. Görüşdə Bosniya-Hersoqovinada hökumət qurma fəaliyyətləri müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə