“Doktrina” JHAM Azərbaycan Silahlı Qüvvələrindəki itkilərlə əlaqədar mətbuat konfransı keçirəcək

“Doktrina” JHAM Azərbaycan Silahlı Qüvvələrindəki itkilərlə əlaqədar mətbuat konfransı keçirəcək

Martın 3-də saat 12.00-13.00-da "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi tərəfindən "Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda insan itkilərinin statistikası: problemlər və onların həlli yolları"na dair mətbuat konfransı keçiriləcək.

SİA-nın verdiyi məlumata görə, tədbirdə 2010-cu və 2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində itkilərin göstəriciləri təqdim olunacaq. Eyni zamanda son illər ərzində Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda itkilərin artmasının səbəbləri barədə məlumatlar veriləcək.

Tədbirə KİV, insan hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərən QHT təmsilçiləri, güc strukturlarının nümayəndələri və Azərbaycanda müdafiə və təhlükəsizlik sahəsində islahatlara dəstək verən beynəlxalq təşkilatların, səfirliklərin əməkdaşları dəvətlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə