Azərbaycan Xarici Işlər Nazirliyi Bəhreyn Krallığı və Yəməndə baş verən hadisələrlə əlaqədar vətəndaşlara xəbərdarlıq edib

Azərbaycan Xarici Işlər Nazirliyi Bəhreyn Krallığı və Yəməndə baş verən hadisələrlə əlaqədar vətəndaşlara xəbərdarlıq edib
Azərbaycan Xarici Işlər Nazirliyi Bəhreyn Krallığı və Yəməndə baş verən hadisələrlə əlaqədar vətəndaşlara xəbərdarlıq edib. SİA-ya verilən məlumatda bildirilir ki, Ərəb dünyasında, o cümlədən Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Səfirliyimizin akkreditə olunduğu Bəhreyn Krallığı və Yəmən Respublikasında baş verən hadisələrlə əlaqədar Səfirlik tərəfindən + 966 1 419 2382 və + 966 53 422 93 01 telefon nömrələrindən ibarət qaynar xətt açılıb. Bu ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşları yaranan hər bir təhlükə ilə əlaqədar Səfirliklə əlaqə saxlamaları tövsiyə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə