"Paytaxtda razılaşdırılmayan istənilən siyasi aksiyanın, yaxud mitinqin qarşısı qətiyyətlə alınacaq” Elşad Hacıyev

“Qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyətilə razılaşdırılmayan istənilən siyasi aksiyanın, yaxud mitinqin qarşısı tərəfimizdən qətiyyətlə alınacaq”. Bunu SİA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O vurğulayıb ki, yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsi qanunla müəyyən edilir: “Polis yalnız qanunvericilik çərçivəsində paytaxtda hüquq qaydasının təmin olunmasında üzərinə düşən vəzifələri həyata keçirəcəkdir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə