Gədəbəydə daha bir qızıl yatağı aşkar edilib

Gədəbəydə daha bir qızıl yatağı aşkar edilib

Gədəbəy rayonunda daha bir yataqdan qızıl çıxarılacaq. Rayon İcra Hakimiyyətindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, bu məqsədlə "Qoşa" yataq sahəsində qazma işlərinə start veriləcək.

Beynəlxalq Mədən Əməliyyatı Şirkətinin əməkdaşları tərəfindən aparılan tədqiqatlar göstərib ki, sözügedən yataqda kifayət qədər qızıl var.

Qeyd edək ki, hasilatın pay bölgüsünə görə Azərbaycan tərəfinin müqavilədə payı 51 faizdir.

Bütün xəbərlər Facebook səhifəmizdə