"Türk Şurası ilə əlaqələrin genişləndirilməsi prioritet istiqamətlərimizdəndir" ÖZƏL-MÜNASİBƏT

"Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilir. Zirvə Görüşü sülhün, sabitliyin və regionda təhlükəsizliyin təmin olunmasına xidmət etməklə yanaşı Türkdilli ölkələrin birliyini və sarsılmaz ittifaqını bir daha nümayiş etdirir". Bunu SİA-ya millət vəkili Naqif Həmzəyev deyib.

Deputatın sözlərinə görə, Bakıda Azərbaycanın ev sahibliyi ilə Şuranın VII Zirvə görüşünün Azərbaycanda keçirilməsi isə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin regionda və dünyada etibarlı tərəfdaş olduğunun sübutudur: "2009-cu il oktyabr ayının 3-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri tərəfindən imzalanan Naxçıvan Sazişi ilə qurulan Türk Şurasının əsas məqsədi Türkdilli ölkələr arasında mədəni, siyasi, iqtisadi, nəqliyyat, təhlükəsizlik, hüquqi sahədə əməkdaşlığı regional və qlobal müstəvidə genişlətmək və mümkün olduğu qədər inteqrasiyanı dərinləşdirmək olub. Fəaliyyətə başladığı gündən keçən 10 il ərzində kökü, soyu, dili bir Asiyadan Avropaya qədər böyük bir regionda yerləşən türkdilli dövlətlər arasında siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, humanitar sahələrdə əməkdaşlıq yüksək səviyyəyə çatıb, uğurlu nəticələr əldə edilib.

Türk Şurası ilə əlaqələrin dərinləşdirilməsi və genişləndirilməsi Azərbaycan xarici siyasətinin də prioritet istiqamətlərindəndir. Siyasi çoxqütblülük, iqtisadi, mədəni və informasiya proseslərinin qlobal inkişafı şəraitində xalqlarımızın mənafeyinin müdafiəsində, regionda sülhün möhkəmləndirməsində, təhlükəsizlik və sabitliyin təmin edilməsində mühüm rol oynayan Türkdilli dövlətlərin məhz Bakıda bir araya gəlməsi təbii ki, ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Əminliklə demək olar ki, VII Zirvə Görüşü çərçivəsində qəbul edilən qərarlar, müzakirələr türkdilli dövlətlər arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında yeni bir səhifə açacaq.Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilir. Zirvə Görüşü sülhün, sabitliyin və regionda təhlükəsizliyin təmin olunmasına xidmət etməklə yanaşı Türkdilli ölkələrin birliyini və sarsılmaz ittifaqını bir daha nümayiş etdirir. Bakıda Azərbaycanın ev sahibliyi ilə Şuranın VII Zirvə görüşünün Azərbaycanda keçirilməsi isə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin regionda və dünyada etibarlı tərəfdaş olduğunun sübutudur".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə