Türkiyə-Azərbaycan Dərnəyi TRT kanalında yayımlanan proqramla bağlı etiraz məktubu yayıb

Türkiyə-Azərbaycan Dərnəyi TRT kanalında yayımlanan proqramla bağlı etiraz məktubu yayıb

Türkiyə-Azərbaycan Dərnəyi (TAD) Xocalı soyqırımının 19-cu ildönümünün qeyd olunduğu 26 fevral 2011-ci il tarixində TRT kanalı vasitəsilə erməniləri təbliğ edən Türkiyə-Ermənistan əlaqələrinə həsr olunmuş "Pusula" proqramının yayımlanması ilə bağlı etiraz məktubu yayıb.

"1992-ci il fevralın 26-da ermənilər Xocalıda soyqırımı törətdilər Həmin tarixin 19-cu ildönümünün qeyd olunduğu bir gündə erməniləri təbliğ edən Türk-erməni əlaqələrindən bəhs edən "Pusula" adlı proqramın yayımlanması nəyə xidmət edir?. Məqsəd nədir? Bu bir səhvdir, yoxsa qəsdən olunub. Bu proqram niyə başqa bir gün deyil, bu tarixdə yayımlanmışdır? Bunları bilmək istəyirik", - deyə TAD-ın sədri Sinan Oğanın yazdığı etiraz məktubunda qeyd olunur.

TRT rəhbərliyini qınadıqlarının və onlardan açıqlama gözlədiklərini vurğulayan TAD rəhbəri TRT-ni bu məsuliyyətsiz mövqeyindən əl çəkməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə