Helsinki Assosiasiyası: “Ötən il Ermənistanda insan hüquq və azadlıqları kobud şəkildə pozulub”
Helsinki Assosiasiyası 2010-cu ildə Ermənistanda insan hüquqları ilə bağlı hesabat dərc edib. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, hesabatda xüsusilə qeyd edilir ki, ötən il Ermənistanda insan hüquq və azadlıqları kobud şəkildə pozulub. Hesabata əsasən, erməni hakimiyyəti AŞPA-nın 1609 nömrəli qərarından imtina edib.
Hesabatda belə deyilir, bu gün Ermənistan həbsxanalarında 2008-ci ilin mart hadisələrinin 9 fəalı hələ də cəzasını çəkməkdədir. Assosiasiya həmçinin məhkumların saxlanma şəraiti ilə bağlı xəbərdarlıq təbili çalır. Assosiasiyanın qiymətinə görə, bu şərtlər beynəlxalq standartlara uyğun deyil. Helsinki Assosiasiyasının hesabatında həmçinin məhkəmə sistemi də tənqid edilir. Hesabatda Ermənistan məhkəməsi "hakimiyyətin tapşırıqlarını yerinə yetirir"- deyə qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB