Nəcəf Bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Kamran Nəzirlinin "Şeytanın işığı" əsərinin motivləri əsasında yeni tamaşanın məşqləri başlanıb.
SİA-nın cənub bürosunun məlumatına görə, tamaşaya quruluş verən C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru və baş rejissoru, xalq artisti Kamran Quliyev Lənkəran Teatrı ilə əlaqələrindən danışıb.
Bildirib ki, Lənkərana gəlişində məqsəd təkcə tamaşa hazırlamaq deyil, həmçinin hər iki teatr arasında yaradıcılıq əlaqələrini genişləndirmək və davam etdirmək, bildiklərimi burada tətbiq etməklə bərabər Lənkəran Teatrından öyrənmək və bunu gələcəkdə öz tamaşalarımda istifadə etməkdir.
Kamran Quliyev əsərin mart ayının sonlarında teatrsevərlərə təqdim olunacağını əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB