Dağlıq Qarabağda keçiriləcək qeyri qanuni seçkilər Ermənistan hakimiyyətinin sakitliyini pozur. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "İrates" qəzeti yazır.
Qəzet yazır ki, Dağlıq Qarabağda qanunsuz olaraq keçiriləcəyi nəzərdə tutulan seçkilər Ermənistan hakimiyyətində bir çaxnaşma yaradıb. Bir tərəfdən Vitaliy Balasanyanın sərt tənqid edilməsi, digər tərəfdən də namizədliyini nəyin bahasına olur-olsun irəli sürülməsi, Dağlıq Qarabağın qondarma prezidenti olmaq ehtimalı hər gün vəziyyəti daha da gərginləşdirir.
Nəşrin məlumatına görə, Nikol Paşinyan Balasanyanın Dağlıq Qarabağda qondarma da olsa prezident kürsüsünə təyin olunmaması üçün hər hansı bir vasitə axtarır. Çünki, Balasanyan artıq hökumətin nümayəndəsi deyil və heç kim, Paşinyan özü belə onu susdurmaq imkanına malik deyil.
Nikol Paşinyan üçün arzuolunan namizəd Dağlıq Qarabağın Xarici İşlər Naziri Masis Mayilyandır. Məsələ burasındadır ki, Bako Sahakyana olan dəstək daha çoxdur və bu səbəbdən əgər o özü Vitaliy Balasanyanı istəsə, Nikol Paşinyanın problemi də, qəzəbi də ikiqat artacaq. Elə bu vəziyyət səbəbindən Ermənistan hakimiyyətində gərginlik artmaqdadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB