"Barış bulağı" Türkiyənin müstəqil dövlət kimi qərarında israrlı olduğunu göstərdi" RƏY-ÖZƏL
“Terrordan əziyyət çəkən bir dövlət olaraq, Azərbaycan terrora və terrorçuların qanlı əməllərinə qarşı mübarizə aparan dost və qardaş ölkə Türkiyənin yanındadır hər zaman ona dəstək verir və verəcək”. Bu fikirləri SİA-ya açıqlamasında Millət vəkili Eldəniz Səlomov deyib.
Onun sözlərinə görə, terrorun dini, milliyyəti, iqri, mənsubliyyəti olmur, kimliyindən, hansı mövqedə dayanmasından asılı olmayaraq, hər kəs, hər bir dövlət, hər bir xalq, hər bir toplum terror və terroçuta qarşı mübarizə aparmalıdır: “Çox təəssüf ki, artıq yüz illərdir terrora məruz qalmaq və onun qanlı əməlləri ilə mübarizə aparmaq Azərbaycanla Türkiyənin sanki boynuna yazılıb. XIX əsrdən indiyədək həm Azərbaycan, həm də Türkiyə terrorun, xüsusilə, erməni terrorunun hədəfi olaraq qalmaqdadır. Erməni terroruna böyük zərbələr endirilsə də, düşmən hələ də öz qanlı əməllərindən əl çəkmək fikrində deyil”.
E.Səlimov söyləyib ki, erməni terroru, ötən əsrin 80-ci illərindən PKK, son bir neçə ildə isə ona “əlavə olunan” PYD, YPG, İŞİD terroru digər tərəfdən Türkiyənin təhlükəsizliyi, əmin-amanlığı, inkişafı yönündə ən böyük əngəl, maneədir: “Lakin Türkiyə buna imkan vermədi. Heç bir təhdidə, təzyiqə əhəmiyyət vermədən, boyun əymədən Suriyada, Fırat çayının şərqində qanlı terrora, terrorçulara qarşı “Barış bulağı” əməliyyatına başlayaraq, bir daha hər kəsə, bütün dünyaya müstəqil dövlət kimi qərarında davamlı, əzmli və israrlı olduğunu ortaya qoydu. Artıq 3 gündür ki, “Barış bulağı” əməliyyatını uğurla davam etdirərək, PKK, PYD, YPG terroruna, terrorçularına qan uddurmaqda, terrorçuları zərərsizləşdrməkdə, terrorçuların girovluğunda olan insanları və bölgələri azad etməkdə, təmizləməkdədir. Düzdür, qanlı terrorçular öz əməllərini davam etdirməkdə, dirəniş göstərməkdə, türk əsgərlərini, Türkiyə vətəndaşlarını hədəf almaqdadır, uşaq, körpə, yaşlı bilmədən, insanları qətlə yetirməkdədirlər, amma bunlar onların son çırpınışlardır, heç nəyə nail ola bilməyəcəklər. Həm Türkiyə, həm də həmin bölgə əmin-amanlığa, təhlükəsizliyə qovuşacaq. Bununla bərabər, hər zaman olduğu kimi, bundan sonra da qardaş və dost dövlət olaraq, Azərbaycan dövləti Türkiyənin yanında olacaq, heç nədən çəkinmədən ona dəstəyini verməkdə davam edəcək. Bütövlükdə Azərbaycanla Türkiyə birlikdə qarşılarındakı bütün maneələri, problemləri aradan qaldırmağı bacaracaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB