Millət vəkili: “Ərəb ölkələrində ikinci inqilab baş verə bilər”- AÇIQLAMA
"Ərəb ölkələrində baş verənlər illərlə yığılıb qalan gərginlikdir ki, 2011-ci ildə ərəb inqilabı adı ilə tarixə düşəcək" . Bu sözləri millət vəkili Aydın Mirzəzadə Yaxın Şərqdə baş verən hadisələri şərh edərkən deyib. Dünyada 24 ərəb ölkəsi olduğunu deyən millət vəkili bildirib ki, bu ərəb ölkələri dünyanın ən inkişaf etmiş ölkələrinin yerləşdiyi Avropanın Cənub sərhəddində yerləşməsinə baxmayaraq orada olan inkişaf tempi və əldə etdiyi nəticələr ərəb ölkələrində görünmür.
Onun sözlərinə görə, bəzi ölkələrdə müəyyən inkişaf tempi özünü büruzə versə də, lakin bir dilə, dinə, tarixə, mədəniyyətə bağlı olan böyük bir ərazi, əhali və qurumlar bu gün dünyanın inkişaf tempindən kənardadırlar: "Bu baxımdan Avropa ilə təmasda olub, onun uğurlarını görən cəmiyyət öz etirazlarını bu şəkildə hakimiyyətə bildirir. Burada elə ölkələr var ki, orada həyat səviyyəsi yüksəkdir. Məsələn Bəhreyndə adam başına düşən ümumi daxili məhsul 34 min dollardır. Amma bu gün Bəhreyndə olan hadisələr gündəmdədir. Liviyada əhalinin sosial vəziyyəti o birilərindən kifayət qədər yüksəkdir. Bütün bunlara baxmayaraq ərəb ölkələri daha güclü, müasir, sivil olmaq istəyirlər. Burada ikinci faktor ondan ibarətdir ki, ərəb ölkələrində də ordunun gücü kifayət qədər yüksəkdir. Orada siyasi partiyalar sistemi yoxdur. Ərəb ölkələrinin demək olar ki, hamısının dövlət başçısı keçmiş generallardır. Mülki şəxsin dövlət başçısı seçilməsi mexanizmi ərəb ölkələrində yoxdur. Onlarda ali, aşağı təbəqə var, bütün gərginliyi götürən orta təbəqə yoxdur".
Prosesin uzun müddət davam edəcəyini dilə gətirən millət vəkili söyləyib ki, inqilab nəticəsində müəyyən nəticələr əldə edilən ölkələr nəticə ilə razı olmazlarsa, ikinci bir inqilab baş verə bilər. Belə bir inqilabın ölkəmizdə baş verməsi ehtimalına gəlincə A.Mirzəzadə bildirib ki, Azərbaycan bu inqilabı keçib. Onun sözlərinə görə, inqilab təkamül olmayan ölkələrdə baş verir: "Əgər Azərbaycanda iş yeri artır, səhiyyə, təhsil, mədəniyyətdə yenilik, açıq söz imkanı varsa, orada inqilab ola bilməz. İnqilab təkamül olmayan yerlərdə olur. Bizdə isə bu proses daim gedir. Lakin Ermənistanda bu proses baş verə bilər. Çünki orada təkamüldən söhbət gedə biməz".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB