YAP Şəmkir rayon təşkilatının şura iclası keçirilib

YAP Şəmkir rayon təşkilatının şura iclası keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının şura yığıncağı keçirilib. Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev cari ilin sonunda növbəti 5-ci bələdiyyə seçkiləri keçiriləcəyini vurğulayıb. Bildirib ki, bütün seçki kampaniyalarına ciddi hazırlaşan YAP bu il də bu fəallığını nümayiş etdirir: "Seçkilərə hazırlıqla əlaqədar YAP İcra Katibliyi tərəfindən müəyyən tövsiyə və tapşırıqlar verilib. Partiyanın bütün rayon təşkilatları kimi, YAP Şəmkir rayon təşkilatı da bu tövsiyə və tapşırıqlara və qəbul olunmuş müvafiq qərarlara uyğun addımlar atır".

Rayon təşkilatının sədri, həmçinin, bildirib ki, seçkilər yaxınlaşdıqca, müstəqil Azərbaycanın inkişafını istəməyən qüvvələr dövlətimizə qarşı qarayaxma kampaniyası apararaq, ictimaiyyətdə çaşqınlıq yaratmağa çalışırlar: "Azərbaycan gücləndikcə daxildəki "5-ci kolon" və xaricdəki "siyasi mühacir" adı ilə fəaliyyət göstərən satqınlar ölkəmizə qarşı şər-böhtan kampaniyasını daha da böyüdürlər. Onlar xaricdəki antiAzərbaycan mərkəzlərin sifarişlərini yerinə yetirərək, alətə çevrilirlər. Azərbaycan cəmiyyəti yetkin, intellektual cəmiyyətdir və bu kimi dairələr cəmiyyətimizdə dəstək qazana bilməyəcəklər. Xalqımız həmin dairələrin əməllərini qətiyyətlə pisləyir".

Yığıncaqda vurğulanıb ki, bu ilin dekabr ayında keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar YAP Şəmkir rayon Seçki Qərərgahı və təbliğat-təşviqat qrupu üzvlərinin siyahısı təsdiq olunduğu, enyi zamanda, bir sıra məsələlərə baxılaraq, müzakirə edildiyi və müvafiq qərarlar qəbul olunduğu vurğulanıb.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə