YAP Samux rayon təşkilatında görüş keçirilib

YAP Samux rayon təşkilatında görüş keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının akt zalında təhsil şöbəsi ərazi ilk partiya təşkilatının üzvləri ilə görüş keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə çıxış edən YAP Samux rayon təşkilatının təhsil şöbəsi ərazi ilk partiya təşkilatının sədri Gülağa Hüseynov bildirib ki, Yeni Azərbaycan Partiyası xalq üçün, Azərbaycanın gələcəyi üçün yaradılıb: "Ulu Öndər Heydər Əliyevi xalqın təkidli tələbi ilə Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə ölkədə yaranmış qardaş qırğınının qarşısı alınaraq, ölkəni bütün təhlükələrdən xilas etdi".

G.Hüseynov onu da bildirib ki, Ümummilli Lider Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində, Azərbaycan bütün sahələrdə mühüm nailiyyətlər əldə edib.

Tədbirdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək, bildirib ki, bu gün sosial şəbəkələrin imkanlarından düzgün olmayan şəkildə istifadə edilir: "Bu imkanlardan istifadə olunaraq, cəmiyyətdə qarışıqlıq yaratmaq istəyənlərin arxasında bəzi xarici dairələrin pulla ələ aldıqları "mühacir"lərdən istifadə edirlər. Həmin insanları mailəyyələşdirənlər sırasında erməni lobbisi xüsusi yer tutur. YAP onların bu böhtalarına susmamalı və öz tutarlı cavablarını verməlidir". Tədbirdə təhsil işçilərindən Leyla Əliyeva, Qarayeri 2 saylı tam orta məktəbin müəllimi Jalə Nəsibova, Yuxarı Ağasıbəyli tam orta məktəbun müəllimi Əfqanə Umani, Sərkar kənd tam orta məktəbin müəllimi Günel Əhmədova çıxış edərək, son illər Azərbaycanda bütün sahələr üzrə çox böyük islahatlar həyata keçirildiyini, ölkənin gələcəyinin daha parlaq olacağını bildiriblər. Qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin ideyalarını, eləcə də, Onun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlarda gənclərə də xüsusi diqqət ayrılıb.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə