"Ermənistan Suriyada təzə "genosid oyununa"başlayır" ÖZƏL-MÜNASİBƏT

"Ermənistan Suriyada təzə "genosid oyununa"başlayır" ÖZƏL-MÜNASİBƏT

"Türkiyə Suriyanın şimalında terrorçulara qarşı əməliyyata başlayandan ermənilərin yuxusu yenidən qaçıb. Əvvəlcə ermənilərin XİN-i bəyanat yayaraq Türkiyənin antiterror hərəkətini guya təcavüz kimi qələmə verməyə çalışdı, guya humanitar fəkakətlərin ola biləcəyindən saxta haray çəkdilər, dünyanı bu "təcavüzü" dayandırmağa səslədilər..". Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

"Baxın, dünya bunların təcavüzündən danışır, bunlar isə abır-həya deyilən şeydən erməni millətinə pay düşmədiyini bir daha göstərməkdən utanmırlar.

Bəlli idi ki, ermənilər təzə oyun planlayıblar. Bu da sübut. XİN-in ardından başlayıblar ki, guya Suriyanın şimalında yaşayan ermənilər atəş altına düşüblər və sübut üçün Əl-abyad şəhərinin hansısa bucağında yaşayan 16 erməni ailəsini göstərirlər. Elə məlumatlar yayırlar ki, sanki ermənilər əsasən Suriyanın bu gün Türkiyə əməliyyat keçirdiyi bölgələrində yaşayırlar. Yəqin bir müddət sonra Suriyada türklərin guya müasir erməni genosidi etdiklərinə dair 21-ci əsr nağılları uyduracaqlar..."-deyə, baş redaktor fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə