“Paşinyan qızlarının Kardaşyanın yolu ilə getməsini istəyir” Armenianreport

“Paşinyan qızlarının Kardaşyanın yolu ilə getməsini istəyir” Armenianreport

“Paşinyan özü də bilmədən Kardaşyanın Ermənistanı yüksək səviyyədə tanıtmasına yüksək qiymət verməsi ilə yalnız öz reytinqinə deyil, eləcə də ölkəmizin nüfuzuna güclü zərbə vurdu”. SİA xəbər verir ki, bu barədə armenianreport portalının siyasi şərhçisi Tevos Arşakyan öz məqaləsində yazıb.

“Amerikanın erməni mənşəli ulduzu Kim Kardaşyan artıq çoxdan adət edib ki, onu Ermənistanda böyük qucaq açmaqla qarşılayırlar”, yazan erməni təhlilçi qeyd edir ki, bundan əlavə, ona ən yüksək səəviyyədə diqqət göstərirlər: “Ulduz ailəsinin bu həftə ölkəmizə gəlməsi də istisna deyil. Belə ki, Kim yalnız hakimiyyətsiz və iradəsiz prezident Armen Sarkisyan tərəfindən deyil, həm də, bütünlüklə hakimiyyəti əlində saxlamağa köklənmiş baş nazir Nikol Paşinyan tərəfindən də qəbul olunub ki, hökumət başçısı buna görə güclü ictimai qınağa məruz qalıb”.

Tevos Arşakyan: “Kim Kardaşyan dünya miqyasında hər hansı xüsusi elmi, səhiyyə, siyasət nailiyyətlərinə görə deyil, pornoulduz olduğuna görə tanınır”

Arşakyan xatırladıb ki, Kardaşyanın Ermənistana səfərindən heç də sevinməyə, fəxr etməyə lüzum yoxdur. “Kim Kardaşyan dünya miqyasında hər hansı xüsusi elmi, səhiyyə, siyasət nailiyyətlərinə görə deyil, pornoulduz olduğuna görə tanınır”, yazan erməni müəllif daha sonra qeyd edir ki, o qeyd-şərtsiz pornoulduz olaraq populyarlaşıb: “İnternet şəbəkələrində kifayət qədər foto və videomateriallar var ki, Kim Kardaşyan orada yalnız öz bədən üzvlərini göstərmir, yumşaq desək, sekslə məşğul olur, özü də hər dəfə ənənəvi xarakterdə deyil, digər xüsusiyyətləri ilə də...

Ona görə də, mən özümü həmin insanlara aid edirəm ki, onlar bu şəxsi erməni xalqının adını batıran, həm də erməni şəxsinə və gəncinə pis təsir edən adam kimi tanıyırlar. Axı o gənc erməni qızlarına hansı nümunəni göstərə bilər? Kef edirsiniz, publik sekslə məşğul olursunuz və buna görə də tanınırsınız? Çətin ki, hər hansı bir adekvat valideyn öz qızına belə bir populyarlıq arzulasın. Ancaq etiraf etməliyik ki, bizim ölkəmizdə elələri də var ki, Kimə pərəstiş edirlər və onların da arasında baş nazir Nikol Paşinyan da var”.

“Paşinyan yalnız öz reytinqinə deyil, eləcə də ölkəmizin nüfuzuna güclü zərbə vurdu”

“Kim Kardaşyanı qəbul edərkən, rəsmi səviyyədə söhbət etdiyi zaman birgə selfi edərkən, Nikol Vovayeviç səhv olaraq düşünür ki, bu xeyrixah xidmətlə nəticələnəcək, reytinqini artıracaq, onun tanınmış ermənilərə diqqət və qayğısını göstərəcək. Ancaq Paşinyan özü də bilmədən Kardaşyanın Ermənistanı yüksək səviyyədə tanıtmasına yüksək qiymət verməsi ilə, eləcə də, ölkəmizin dünya arenasında imicinin artmasının məhz onun xidmətlərinin olması ilə əlaqələndirməsi ilə yalnız öz reytinqinə deyil, eləcə də ölkəmizin nüfuzuna güclü zərbə vurdu”.

“Paşinyan Kimə qarşı dözümlü yanaşırsa və hesab edirsə ki, onun bədəni və seksual orgiyaları Ermənistanı beynəlxalq aləmdə populyarlaşdırır, onda...”

“Üzü istəyirəm, ölkə dünyada iqtisadi uğurlarına, elm inkişafına, demokratiya səviyyəsinə görə tanınmalıdır, lüt soyunmuş Kim Kardaşyana görə deyil”, yazan Arşakyan əlavə edib ki,əgər Paşinyan Kimə qarşı dözümlü yanaşırsa və hesab edirsə ki, onun bədəni və seksual orgiyaları Ermənistanı beynəlxalq aləmdə populyarlaşdırır, onda mənim sadəcə, deməyə heç bir sözüm qalmır. Axı onun özü də üç qız atasıdır! O istəyərdimi ki, Mariyam və Şuşanna (Paşinyanın qız övladları-red.) lüt soyunmuş Kimin izi ilə getsinlər? Əgər bu sualın cavabı müsbətdirsə, bu zaman mənim Paşinyana daha heç bir sualım yoxdur. Əgər o öz qızlarına belə bir karyera arzulamırsa, onda nəyə görə bizim cəmiyyətə mental dəyərlər nəzərindən və etik baxımdan bu qədər ürəkbulandırıcı davranır?”

“Kimi təxirə salmadan qəbul etdi, krallara layiq qəbul təşkil etdi, lakin oğulları qeyri-müharibə şəraitində olan anaların yalvarışlarına qarşı kar və kor qaldı”

“Bu da son deyil. Paşinyan həm də ona görə ictimai hiddətə səbəb oldu ki, o Kimi təxirə salmadan qəbul etdi, ona ölkədə sözün əsl mənasında krallara layiq qəbul təşkil etdi, lakin oğulları qeyri-müharibə şəraitində olan anaların yalvarışlarına qarşı kar və kor qaldı”, yazan erməni müəllif qeyd edib ki, hər həftənin cümə axşamı günü analar hökumət binası qarşısında piketlər keçirirlər, lakin Paşinyan yalnız bir dəfə onların qarşısına çıxdı. O da ki, heç bir vəd vermədən. Bundan sonra o övladları öldürülmüş valideynlərin qarşısına çıxmadı...

“Baş nazirin məntiqi burada bəllidir – o piket keçirən əsgər anaları ilə görüşmək, tələb və xahişlərini eşitmək marağında deyil”, yazan siyasi şərhçi qeyd edir ki, onda nəyə görə pornoulduzla söhbət etmək, bundan zövq duymaq, təhrikedici bədəninə baxmaq, həmin bədənə toxunmaq üçün selfi çəkdirmək ona maraqlıdır?

“Kimin sosial şəbəkələrdə nəhəng izləyici ordusu var ki, onlar Ermənistanın baş naziri ilə çəkilmiş fotoları da görəcəklər. Bəs əsgər analarının nə qədər izləyici ordusu var? Onların bir ordusu var – hansı ki, oğullarının həyatlarını əllərindən alıb”, Tevos Arşakyan öz yazısında qeyd edib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə