MDB Dövlət Başçıları Şurasının iclası nə vəd edir? AÇIQLAMA - ÖZƏL

MDB Dövlət Başçıları Şurasının iclası nə vəd edir? AÇIQLAMA - ÖZƏL

“MDB bir meydançadır və bu meydança çərçivəsində hər bir dövlət öz mövqeyini bildirir, nailiyyətlərini göstərir”. Bu fikirləri SİA-ya politoloq Fikrət Sadıqov Türkmənistanda keçirilən MDB dövlət başçıları Şurasının iclasının əhəmiyyəti ilə bağlı fikirlərini bildirərkən deyib.

Onun sözlərinə görə, MDB böyük beynəlxalq struktur olmasa da, vaxtilə Sovet İttifaqı dağıldıqdan sonra bu birliyin yaranması dövlət başçıları arasında fikir mübadilələrinin aparılması, müqavilələrin imzalanmasına şərait imkan yaradır.

Politoloq söyləyib ki, Türkmənistanda MDB dövlət başçılarının iştirakı ilə keçirilən sammit iki tərəfli, çoxtərəfli münasibətlərin inkişafına müsbət təsir etməklə yanaşı, əməkdaşlıqla bağlı əhəmiyyətli sənədlərin imzalanmasına töhfə verəcək: “Sammit çərçivəsində imzalanan sənədlər Azərbaycan maraqların cavab verir. Bildiyiniz kimi, növbəti ildə II Dünya Müharibəsinin yekunları qeyd olunacaq və Azərbaycan bu sənədə də imza atıb. Hər kəsə məlumdur ki, Azərbaycanın II Dünya Müharibəsində payı artıq dərəcədə böyük olub. Ölkəmiz müharibə dövründə neft və enerji təminatına görə digərlərindən fərqlənir”.

Azərbaycan Prezidentinin də sözügedən sammitdə iştirakını xatırladan F. Sadıqov vurğulayıb ki, sammit çərçivəsində dövlət başçıları arasında aparılan müzakirələr ölkələr arasında əməkdaşlığın daha da genişlənməsinə şərait yaradacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə