Lənkəranda “Regionun narkoloji durumu və problemlərin həlli” müzakirə edilib

Lənkəranda “Regionun narkoloji durumu və problemlərin həlli” müzakirə edilib

Lənkəran İcma Məlumat Mərkəzində "Regionun Narkoloji durumu və problemlərin həlli yolları" mövzusunda tədbir keçirilib. SİA-nın cənub bürosunun məlumatına görə, "Yeni Media Proqramı"nın "Meydan" ictimai dinləmə layihəsi çərçivəsində Lənkəran Rayonlararası Narkoloji Dispanserin Baş həkimi Vüqar Əliyev, "Cəmiyyət –Məktəb Əməkdaşlığına Dəstək" İctimai Birliyinin sədri Rəsul Abdulov və başqalarının iştirak etdiyi seminarda ilk öncə "Ağ Ölüm- Qara dünya" adlı filmə baxılıb.

Daha sonra baş həkim Lənkəranda son narkostatistik məlumatları diqqətə çatdırıb və narkomaniyanın törətdiyi fəsadlardan danışıb.

Tədbir müzakirələrlə davam edib. Baş həkim Vüqar Əliyev tədbirin əhəmiyyəti barədə fikirlərini bizimlə bölüşüb: "Əlbəttə, belə maarifləndirici tədbirlərin keçirilməsi təqdirəlayiq haldır. Bü gün Lənkəranda bu tip halların çox olduğunu nəzərə alaraq tədbir böyük əhəmiyyət daşıyır. Mən bügünkü tədbiridə əksəriyyətin xanımlar olmasına baxmayaraq onların bu mövzuda mövqeyinin daha önəmli və maraqlı olduğunu düşünürəm."

Bütün xəbərlər Facebook səhifəmizdə