Azərbaycan və Aİ arasında viza rejiminin sadələşdirilməsi üzrə iclas keçiriləcək
Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında viza rejiminin sadələşdirilməsi üzrə komitənin iclası keçiriləcək. SİA-nın xəbərinə görə, bunu Aİ-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, iclas noyabr ayında Bakıda keçiriləcək.
Avropa İttifaqı ilə Azərbaycan arasında sazişin imzalanmasına gəlincə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri söyləyib ki, Biz Azərbaycan tərəfdən “Açıq səma haqqında” Aviasiya sazişi üzrə son texniki təklifləri gözləyirik: "Bundan sonra danışıqların sonuncu raundu keçiriləcək və nəticədə saziş imzalanacaq".
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB