2011/2012-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları açıqlandı - TƏDBİR
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında "Abituriyent" jurnalının 1-ci sayının təqdimat mərasimi və yeni qəbul qaydalarına həsr olunan mətbuat konfransı keçirib. SİA-nın xəbərinə görə, TQDK sədri M.Abbaszadə bildirib ki, komissiya tərəfindən "Abituriyent" jurnalının 1-ci sayında 2011/2012-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları və bütün səviyyələrdən olan təhsil müəssisələrinə qəbul imtahanı proqramları verilib. Onun sözlərinə görə, jurnalda həmçinin orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında (9 illik) qəbul imtahanı proqramları, hərbi liseylərə qəbul imtahanı proqramları, ali təhsil müəssisələrinə qəbul imtahanı fənləri üzrə test tapşırığı nümunələri, fənlər üzrə açıq tipli test nümunələri, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları, "Soruşun, cavab verək" rubrikasında oxucuların sorğularına TQDK mütəxəssislərinin izahlı cavabları, test tapşırıqlarının düzgün cavabları və balların hesablanma qaydası öz əksini tapıb. M.Ababszadə vurğulayıb ki, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu bu il də internet vasitəsilə aparılacaq.
"TQDK-nın nəzdində fəaliyyət göstərən fənlər üzrə elmi-metodiki seminarlarda aparılan təhlillər, müzakirələr nəticəsində 2010/2011-ci tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının proqramları hazırlanıb. Proqramlar qüvvədə olan məktəb proqramlarına və dərsliklərə tamamilə uyğun tərtib olunub. Orta ixtisas məktəblərinə ümumi orta təhsil bazasında (9 illik) qəbul olmaq istəyən abituriyentlər Ana dili, Azərbaycan tarixi və Riyaziyyatdan imtahan verirlər. Həmin fənlər üzrə qəbul proqramları da jurnalın bu sayında dərc olunub. Hərbi liseylərə qəbul olmaq arzusunda olan gənclər isə Azərbaycan dili, Riyaziyyat, Fizika və Kimya fənlərindən imtahan verəcəklər. Jurnalda bu fənlər üzrə qəbul proqramları da təqdim olunub", - deyə o əlavə edib.
M.Abbaszadə vurğulayıb ki, TQDK 2011-ci ildə qəbul imtahanlarında açıq tipli (inventiv) test tapşırıqlarından da istifadə etməyi planlaşdırır. Jurnalın bu sayında gələcəkdə istifadə edilməsi nəzərdə tutulmuş açıq formalı test tapşırıqlarının nümunələrinin təqdim olunduğunu deyən komissiya sədri qeyd edib ki, bu il qəbul imtahanlarında riyaziyyat fənni üzrə test blokuna açıq tipli testlər də daxil ediləcək. O, gələcəkdə bu siyahını genişləndirməyi düşündüklərini vurğulayıb.
M.Abbaszadə bildirib ki, xüsusi təyinatlı təhsil müəssisələrinə, yəni Polis Akademiyasına, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına, Ali Hərbi Məktəblərə, Tibb Universitetinin Ali Hərbi Tibb Fakültəsinə, Orta Hərbi Tibb Məktəbinə və Hərbi liseylərə qəbul iki mərhələdə aparılır: "Birinci mərhələdə abituriyent həmin təhsil müəssisələrində təşkil olunmuş həkim və seçim komissiyalarından keçməli, sonrakı mərhələdə isə müəyyən edilmiş fənlərdən TQDK tərəfindən keçirilən test imtahanı verməlidir. Jurnalda qeyd olunan tədris müəssisələrinə sənəd qəbulunun tarixi, tələb olunan sənədlərin siyahısı və digər zəruri materiallar dərc olunub. Bu bölmədə Türkiyə Respublikasının Quru Qoşunlarının Ali Hərbi Məktəbinə və Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsinə qəbul elanları da təqdim olunub".
TQDK sədri qeyd edib ki, bu il "Abituriyent" jurnalının 1-ci sayında "Dərsliklərdəki səhvlər və onları düzəlişi" adlı bölmə də öz əksini tapıb: "Burada biologiya fənni üzrə əlavə və dəyişikliklər 55-62-ci səhifələri əhatə edir. Komissiya tərəfindən biologiya, zoologiya, anatomiya fənlərinə dair xüsusi vəsaitlər hazırlanıb və abituriyentlərə məsləhət görürəm ki, qəbul imtahanlarına hazırlaşarkən bu vəsaitlərdən istifadə etsinlər. Çünki biologiya dərsliklərində kifayət qədər səhvlər var".
Tədbirin davamında TQDK sədri Məleykə Abbaszadə jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB