Türkiyə ilə Naxçıvan arasındakı Dilucu sərhəd-keçid məntəqəsi yenilənəcək
Türkiyə və Naxçıvan Muxtar Respublikası arasındakı Dilucu sərhəd-keçid məntəqəsi yenidən qurulacaq. SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə İqdır valis Amir Çiçək jurnalistlərə açıqlamasında deyib.
İqdır valis sərhəd-keçid məntəqəsinin yenilənməsi layihəsinə başlanıldığını bildirib və qeyd edib ki, məntəqə bundan sonra beynəlxalq standartlara cavab verəcək. A.Çiçək həyata keçirilən İqdır dəmiryolu layihəsindən də danışıb. Bu dəmir yolun fəaliyyətə başlaması ilə Orta Asiyaya qapı açılacağını deyən vali qeyd edib ki, hava limanı, həmçinin sənayə müəssisələri qurulduqdan sonra Dilucu sərhəd-keçid məntəqəsi beynəlxalq qapı olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB