Porno ulduzdan belə Paşinyan kömək umur TƏHLİL

Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan hökumət binasında erməni əsilli porno ulduz Kim Kardaşyanı qəbul edib. Erməni baş nazir öz Facebook səhifəsində bu görüşün birbaşa yayımını da təşkil edib. Ermənistana məxsus mətbuat səhifələrində də bu görüşün videoyazısı nümayiş etdirilib və baş nazirin də porno ulduzun da nitqi bu videoyazıda öz əksini tapır.

Xatırladaq ki, bu vaxta qədər erməni əsilli porno ulduzun Ermənistana istər maddi dəstəyi, istərsə də hərhansı formada köməklikləri olub. Hərhansı köməkliklər dedikdə, bura görüşlər zamanı ermənilərə dəstək verməsi, bir sıra instansiyalarda erməni yalanlarının ayaq tutub yeriməsi üçün səy göstərmələri, qondarma erməni soyqırımı kimi uydurmaları dünya ictimaiyyətinə sırımaq təşəbbüsləri, ABŞ rəsmiləri ilə görüşləri və bir də daha hansı gizli, xəlvət, üstüörtülü, əxlaqdan uzaq əməlləri varsa onlar nəzərdə tutulur. Təbii ki, “yağışdan qorxusu olmayan islanmış” porno ulduzun nə əməllərə sahib olması, nələrə əl atması ehtimalları da saydıqca bitən, tükənən deyil.

Doğrudur, Kim Kardaşyan kimi bir “ulduz” barədə, onun “əməlləri” haqda dünya ictimaiyyəti də bilir və bu barədə çox yazmaq olar. Onun hansı yollarla, hansı şəkildə topladığı vəsaitləri Ermənistan büdcəsinə qatdığı, hansı formada qazandığı “reputasiya”dan Ermənistan üçün istifadə etdiyi aydın məsələdir. Amma müzakirə mövzusu bu deyil və məsələnin kökündə daha maraqlı məqamlar diqqəti cəlb edir. O məqamlar isə Ermənistan dövlətinə, dövlətçiliyinə, yeni hakimiyyətə, şəxsən Paşinyana, bütün erməni xalqı tərəfindən bəyənilən və baş nazir postuna layiq bilinən erməni liderə aiddir.

İl yarım bundan əvvəl nümayişlərdə bar-bar bağıran, yüksək ali dəyərlərdən dəm vuran, “qızıl dağlar” vəd edən, iqtisadi inkişafdan, dinamik yüksəlişdən bəhs edən, “yeni”, “çiçəklənən” Ermənistan idayelarını sırıyan inqlabçı, sonra da zəbt etdiyi postda özünü rahatlayan baş nazirə birdən-birə nə oldu ki, Porno ulduzdan belə kömək ummalı oldu? Maraqlıdır, baş nazir kimi bu “xariqələr” söz verən adamın əlindən gələn bura qədər idi, yoxsa, sehrli çubuğunu əlindən aldılar ki, indi ABŞ-da yaşayan erməni əsilli porno ulduza möhtac oldu? Yoxsa, inqlabçı, demokrat, xalqı düşünən kimi özünü təqdim edən nümayişçi porno ulduza arxalanaraq Ermənistanın inkişafını söz verirdi?

Görəsən bu gün erməni xalqı nə etdiyinin, kimə inandığının, kimdən nicat, qurtuluş umduğunun fərqindədirmi? Fərqindədirmi ki, porno ulduzdan kömək uman küçə nümayişçisinə, ya da elə küçə uşağına, dolayısı ilə porno ulduzlara möhtacdır? Bu şəkildəmi varlığını, mövcudluğunu qorumaq, hətta inkişaf etdirmək niyyətindədirlərmi? Yeni Ermənistanın yeniliyi budurmu?

Təsəvvür belə etmək dəhşətlidir ki, bir dövlətin büdcəsi porno ulduzun “qazandığı” vəsaitlərə, pula möhtacdır. Bir dövlətin başçısı fərqində deyilmi ki, “Kim”-in pullarını dövlət büdcəsinə qatmağa ümidlənib? Paşinyan erməni xalqının rifahını yaxşılaşdırmaq üçün əcəb yol tapıb və hətta bu “tapdığı” yolu nümayişkəranə şəkildə özünün Facebook səhifəsində də paylaşıb, bununla fəxr edir.

Görünür, Nikol Paşinyan özünün Soros əmisinin vədlərinə arxalanaraq hakimiyyəti zəbt edəndə bu günə, bu acınacaqlı vəziyyətə qalacağını ağlına belə gətirməyib. Düşünməyib ki, qonşudan düşən işıqla ev işıqlı olmaz. Üstəlik, Soros kimi “şər iblisləri” və Qərbin yalançı vədlərinə arxalanaraq dövlət idarəçiliyini üzərinə götürəndə gərək Paşinyan sonda “Kim”ə möhtac olacağını biləydi. Dövlət başçısı da yox, hər adi vətəndaş belə dərk etməlidir və edir ki, dövlət iqtisadiyyat sayəsində, istehsalla, idxal və ixrac potensialı ilə özünü doğrulda, ayaqda qala bilir. Bunun üçün çalışmaq, iqtisadi layihələr irəli sürmək və onları gerçəkləşdirmək, iqtisadi əlaqələri qurmaq, eləcə də möhkəmləndirmək tələb olunur. Dövlət büdcəsinin gəlirləri sabit olmalıdır və bu gəlirlər “Kim”lərin hesabına tənzimlənməməlidir.

Maraqlıdır, yəqin erməni baş nazir ölkəsinin düşdüyü acınacaqlı vəziyyətdən çıxış yolu tapa bilmir. Yəqin o qədər ümidsizdir ki, sonda nə şəkildə olur-olsun çıxış yolu tapmaq qərarına gəlib və idarəetmədən, hakimiyyətdən, dövlətdən xəbərsiz, təcrübəsiz biri kimi çıxış yolunu “Kim”dən nə gəldi qoparmaqda görür. Paşinyanın ümidsizliyini, çarəsizliyini də başa düşmək çətin deyil və Rusiya prezidentinin ayaqüstü gəlişindən və ona rədd cavabı verərək görüş təkliflərindən imtina etməsindən sonra “Kim”lə və harada gəldi görüşməsi çarəsizliyinin təzahürdür. İndi erməni baş nazir nə Rusiyaya və onun prezidentinə, nə də bir vaxt bel bağladığı Qərbə, Soroslara güvənə bilmir. Yəqin öz vəziyyətini hamıdan yaxşı bilir və nə qədər acınacaqlı olsa da belə sonda Ermənistanın baş naziri Nikol Paşinyan erməni əsilli olduğuna görə, bu arqumentdən istifadə edərək porno ulduzdan belə kömək umur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə