İstanbulun Taksim meydanında Xocalı soyqırımının ildönümü ilə bağlı aksiya keçirilib
Azərbaycan Birlik Təşkilatının təşəbbüsü ilə Xocalı soyqırımı qurbanlarının xatirəsi İstanbulda da anılıb. SİA-nın xəbərinə görə, fevralın 26-da 613 gənc İstanbulun Taksim meydanında eyni anda yerə uzanaraq faciəyə öz etirazlarını bildiriblər.
Gənclər ermənilərin Xocalıda Azərbaycan xalqına qarşı törətdikləri dəhşətli cinayətlərə etiraz olaraq belə bir üsulla dünyanın diqqətini çəkməyə çalışıblar. Xocalıda şəhid olan 613 məsumu təmsil edən könüllülər arasında azərbaycanlı və türk tələbələrdən başqa Türkiyədə təhsil alan xarici tələbələr də olub.
Azərbaycan Birlik Təşkilatı həmsədrlərindən Nurlan Kərimov, Xocalı faciəsini təkcə azərbaycanlılara deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət adlandırmış, beynəlxalq təşkilatları bu qətliama biganə qalmamağa çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB