Dövlət Miqrasiya Xidmətində Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar tədbir keçirilib
25 fevral 2011-ci il tarixdə Dövlət Miqrasiya Xidmətində Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar tədbir keçirilib. SİA-nın məlumatına görə, əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Bildirilib ki, tarix boyu azərbaycanlılara və türklərə qarşı amansız terror və soyqırımı siyasəti həyata keçirən, etnik təmizləmə aparan təcavüzkar erməni millətçilərinin törətdiyi Xocalı qətliamı bəşər tarixinə öz dəhşətli anları ilə möhürlənmiş soyqırım hadisəsidir. 19 il əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə amansız cinayətə rəvac vermiş ermənilər dünyanın ən əzazil, qəddar və qaniçən milləti olduqlarını, terroru dövlət siyasətinə çevirdiklərini bir daha təsdiq ediblər. Belə ki, fevralın 25-də saat 22 radələrində Ermənistandan Azərbaycan ərazisinə qanunsuz keçirilmiş silahlı qüvvələr, habelə Dağlıq Qarabağın millətçi ermənilərindən təşkil olunmuş qanunsuz silahlı birləşmələr keçmiş SSRİ Müdafiə Nazirliyinin 366-cı motoatıcı alayının komandir heyəti və hərbi texnikası ilə birgə Xocalı şəhərinə hücuma keçiblər. Hücumdan əvvəl şəhər şiddətli artilleriya atəşinə tutulmuş, sonra çoxsaylı ağır tanklar, PDM və zirehli transportyorlar şəhərə daxil olmuş, dinc əhali xüsusi amansızlıqla qətlə yetirilib.
Bu zaman azğınlaşmış erməni quldurları mülki əhaliyə, o cümlədən qadınlara, uşaqlara, qocalara aman vermədən, qarşılarına çıxan insanlara müxtəlif çaplı odlu silahlardan atəş açmış, tank, PDM və digər texnikanın altına salaraq əzməklə qətlə yetiriblər. Mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş azərbaycanlıları yollarda, keçidlərdə, meşələrdə təqib edərək vəhşicəsinə öldürüblər. Habelə azğınlaşmış erməni hərbçiləri əsir və girov götürdükləri azərbaycanlıları xüsusi amansızlıqla, işgəncə verərək qətlə yetiriblər. Hücum zamanı dinc əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədilmiş, dözülməz işgəncələr verilmiş, insanların başlarının dərisi soyulmuş, müxtəlif əzaları kəsilmiş, gözləri çıxarılıb. Habelə qadınların qarınları yarılmış, adamlar diri-diri torpağa basdırılmış və ya yandırılmış, meyitlər zorakılığa məruz qalıb.
Xocalıda mülki əhalinin planlı şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlar göstərir ki, həmin gün əhalinin qaçıb qurtarmaq istəyən xeyli hissəsi ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələniblər.
Xocalı faciəsi ilə bağlı şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalmış, 613 nəfər, o cümlədən 63 nəfər azyaşlı uşaq, 106 nəfər qadın vəhşicəsinə qətlə yetirilmiş, 8 ailə bütünlüklə məhv edilmiş, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyildir.
Tədbirin sonunda "Xocalı qətliamı" sənədli filmi nümayiş etdirilmiş, Xidmətin inzibati binasının əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin gözləmə zalında təşkil edilmiş sərgiyə baxış keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB