Lənkəran Dövlət Universitetində Xocalı faciəsinə həsr olunmuş konfrans keçirilib
Lənkəran Dövlət Universitetində Xocalı faciəsinin 19-cu ildönümünə həsr edilmiş konfrans keçirilib. Universitetin mətbuat xidmətindən SİA-nın cənub bürosuna verilən məlumata görə, konfrans işinə "Əsrin faciəsi – Xocalı " sənədli filminə baxışla başlayıb.
Universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov konfransı açaraq, ermənilərin torpaqlarımızda törətdikləri vəhşiliklərdən danışıb. Rektor bildirib ki, universitetin tələbə-gəncləri ötən il olduğu kimi bu ildə "Xocalı faciəsi" internet aksiyasına çox aktiv qoşulub. Bu məqsəd üçün universitetin bütün maddi-texniki bazasının səfərbər olunduğunu və bu günə qədər həmin aksiyada universitetin 500-ə yaxın tələbə-gəncinin iştirak etdiyini xüsusi vurğulayıb.
Universitetin tarix və fəlsəfə kafedrasının baş müəllimi Kamal Mahmudov "Xocalı soyqırımı əsrin faciəsidir" mövzüsunda məruzə edib. Universitetin dosentləri, tarix elmləri namizədi Əliağa Baxşıyev və pedaqogika elmləri namizədi Afiq Əliyev, tələbələrdən Seymur Kazımov Ülkər Salayeva və başqaları çıxış edərək qeyd ediblər ki, Xocalı soyqırımı qurbanlarının xatirəsi хаlqımızın yaddaşından heç vaxt silinməyəcək.
Fevralın 26-da bütün akademik qrupların birinci dərslərinin Xocalı soyqırımına həsr olunmasna qərar verilib. Həmin dərslərdə Xocalı həqiqətləri mövzusunda inşa yazılması məqsədəuyğun hesab olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB