Ermənistanın ikinci prezidenti, hazırda həbsdə olan Robert Köçəryan İzmirlian Tibb Mərkəzində əməliyyat edilib. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Armenpress" -ə müsahibəsində tibb mərkəzinin direktoru Armen Çarçyan deyib.
Məlumatda qeyd olunur ki, Robert Köçəryan İzmirlian Tibb Mərkəzində əməliyyat edilib və Armen Çarçyanın sözlərinə görə əməliyyat uğurlu olub. Tibb mərkəzinin direktoru bundan əlavə məlumat verməkdən imtina edib və bildirib ki, o bundan artıq məlumat verə bilməz.
"Bu gün Robert Köçəryan İzmirlian Tibb Mərkəzində əməliyyat olunub, əməliyyat uğurla keçib, başqa məlumat verə bilmərəm", deyə Armen Çarçiyan bildirib.
Xatırladaq ki, Robert Köçəryan İzmirlyan Tibb Mərkəzinə oktyabrın 8-də aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB