Seçkilərin təşkilinin təkmilləşdirilməsi məqsədi ilə genişmiqyaslı maarifləndirmə layihəsinin həyata keçirilməsi nəzərdə tutulub. SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK-nın katibi Mikayıl Rəhimov deyib.
“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissədə icrası, eləcə də bələdiyyə seçkilərinin təşkilinin daha da təkmilləşdirilməsi məqsədi ilə genişmiqyaslı maarifləndirmə layihəsinin həyata keçirilməsi nəzərdə tutulub”, deyə Mikayıl Rəhimov bildirib.
O bildirib ki, tərtib edilən tədris proqramına uyğun olaraq, oktyabrın 11-də Bakı şəhərində MSK-nın inzibati binasında dairə seçki komissiyalarının sədrləri üçün seminar-müşavirə, 15-17 oktyabrda isə dairə seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB