Deputatımız Xocalı faciəsi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Türkiyədə səfərdədir
Millət vəkili Musa Quliyev Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunan konfransda iştirak etmək üçün Türkiyədə səfərdədir. Parlamentin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ölkəmizin İstanbuldakı Baş konsulluğunun təşkilatçılığı ilə Aydın Universitetində keçiriləcək tədbirdə türkiyəli millət vəkilləri, siyasi partiya və qeyri-hökumət təşkilatlarının nümayəndələri, ziyalılar iştirak edəcəklər.
Deputatımız Xocalı faciəsi barədə toplantı iştirakçılarına məlumat verəcək, ermənilər tərəfindən törədilən bu dəhşətli qırğının ağır nəticələrini əks etdirən foto-şəkilləri, kitabları və digər sənədləri onların diqqətinə çatdıracaq.
Səfər fevralın 27-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB