“Demək olar ki, AXCP daxilində bundan qabaq çox ciddi istefalar olub”. Bunu SİA-ya açıqlamasında Təkamül partiyasının sədri Teyyub Qənioğlu deyib.
Onun sözlərinə görə, amma həmin istefaların heç biri Ə.Kərimlinin istefasına gətirib çıxarmayıb: “Yəni indi ki, zamanda AXCP daxilində baş verən bu istefaların da Ə.Kərimlinin istefasına gətirib çıxaracağına düşünmürəm. Amma AXCP-dən istefalar olacaq. Təbii ki, adıçəkilən partiya daxilində müəyyən narazılıqlar ola bilər və ola bilər ki, burda pay bölgüsü də olsun. Yəni inandırıcı görünmür ki, AXCP-dən istefa verən şəxslər Ə.Kərimlinin siyasətinə razı olmadıqlarına görə istefa verib. Yəqin ki, pay umublar və payı da al bilməyiblər deyə istefa veriblər. Demək olar ki, AXCP-yə gələn bəzi şəxslər özlərinin şəxsi mənafeyini təmin etmək üçün gələnlər olub. İstəklərinə nail olub, xarici qrant ala bilmədiklərini gördükdə, bu partiyadan istefa verirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB