"Müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur" ÖZƏL-MÜNASİBƏT
“Bu gün Azərbaycan dövlətinin inkişafından narahat olan bəzi qüvvələr var”. Bunu SİA-ya açıqlamasında Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.
Onun sözlərinə görə, həmin qüvvələr çalışırlar ki, sapı özümüzdən olan baltaların hesabına su bulandırsınlar və bulanıq suda balıq tutsunlar: “Amma bu başı boş müxalifət baş bilənləri başa düşə bilmirlər ki, onların ölkəmizlə bağlı məkrli planları heç vaxt həyata keçən deyil. Çünki xalqın gözü tərəzidir və xalqımız müxalifətin kim olduğunu, onların özündən də çox gözəl bilir. Əminliklə deyə bilərəm ki, Əli Kərimli və Cəmil Həsənli məhvə məhkumdurlar. Bir sözlə, bu gün müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Belə olan halda müxalifətin keçirdiyi aksiyalar uğursuzluğa düçar olmağa məhkumdur. Çünki sosial bazaları yoxdur, xalq onları qətiyyətlə rədd edir. Müxalifət bu cür qanunsuz tədbirlərlə diqqəti özlərinə cəlb etmək istəyirlər. Əlbəttə ki, müxalifətin arxasında qüvvələr dayanır. Yəni xarici qüvvələr ölkəmizlə bağlı xoşagəlməz məkrli planlarının həyata keçməsi üçün müxalifət təmsilçilərindən maşa kimi istifadə edirlər. Amma onların nə istəməsindən və etməsindən asılı olmayaraq onların planları heç vaxt baş tutmayıb və tutmayacaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB