YAP Gəncə şəhər təşkilatında seminar-müşavirə keçirilib TƏDBİR + FOTOLAR

YAP Gəncə şəhər təşkilatında seminar-müşavirə keçirilib TƏDBİR + FOTOLAR

Naqif Həmzəyev: “Ölkəmizdə bələdiyyə institutunun formalaşması, yerli özünüidarəetmə orqanlarının səmərəli fəaliyyəti üçün hər cür imkan və şərait var”

Gəncə YAP şəhər təşkilatında ərazi ilk partiya təşkilatı sədrlərinin iştirakı ilə seminar-müşavirə keçirilib. Seminar-müşavirədə YAP Gəncə şəhər təşkilatının sədri Milli Məclisin deputatı Naqif Həmzəyev bir qrup ərazi ilk partiya təşkilatının sədri və partiya fəalları ilə görüşüb.

Naqif Həmzəyev cari ilin dekabr ayında ölkəmizdə keçiriləcək növbəti bələdiyyə seçkilərinə toxunaraq, bu siyasi kampaniyada ilk partiya təşkilatlarının yüksək səviyyədə səfərbər olmasının vacibliyini diqqətə çatdırıb. “Yeni Azərbaycan Partiyası əvvəlki seçkilərdə olduğu kimi, bu ilki bələdiyyə seçkilərinin də şəffaf, azad, demokratik şəraitdə keçirilməsi üçün öz iradəsini ortaya qoyub”, deyə qeyd edən YAP Gəncə şəhər təşkilatının sədri həmçinin bildirib ki, qarşıdan gələn bələdiyyə seçkilərində namizədlərin düzgün seçimi çox vacibdir: “Zamanın tələbinə uyğun qabiliyyətli, təşkilatçı, təcrübəli, yaxşıların yaxşısı yerli özünüidarəetmə orqanlarına seçilməlidir. Ölkəmizdə bələdiyyə institutunun formalaşması, yerli özünüidarəetmə orqanlarının səmərəli fəaliyyəti üçün hər cür imkan və şərait var. Bunu dekabr ayında keçiriləcək bələdiyyə seçkiləri bir daha sübut edəcək və ölkəmizdə demokratik inkişafın əyani ifadəsinə çevriləcək”.

Bu gün bələdiyyə orqanlarına seçilənlər arasında gənclərin və qadınların sayının az olmasını vurğulayan millət vəkili onu da qeyd edib ki, YAP-ın seçki platformasında bələdiyyə orqanlarına seçkilərdə gənclərin və qadınların namizədliklərinin irəli sürülməsi istiqamətində təklifləri təqdirəlayiqdir.

Görüşdə Azərbaycanın bugünkü uğurlarına, tərqqisinə qarşı qarayaxma kampaniyası aparan dairələrin, radikal müxalifətin cəmiyyət tərəfindən sərt reaksiya ilə qarşılndığı da qeyd edilib.

Çıxış edənlər ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin siyasi fəaliyyətini, təbliğatını həyata keçirən siyasi partiya olaraq Yeni Azərbaycan Partiyasının və onun ərazi ilk partiya təşkilatlarının üzərinə böyük məsuliyyət düşdüyünü bildirən partiya fəalları bundan sonra da daha fəal olacaqlarını, ölkəmizin ictimai-siyasi proseslərində ayıq-sayıq dayanacaqlarını qeyd ediblər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə