Elmar Məmmədyarov: "Prezidentlərin görüşündə hər hansı irəliləyişə nail olub-olmayacağımız Ermənistanın mövqeyindən asılıdır"
"Rusiya tərəfi Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçirilməsi barədə təkliflə çıxış edib. Görüşdə danışıqlar davam etdiriləcək". SİA-nın verdiyi xəbərə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib.
Yanvarda xarici işlər nazirləri səviyyəsində görüşü xatırladan nazir həmin görüşdə bəzi məsələlərin açıq qaldığını da vurğulayıb: "Belə razılığa gəlindi ki, açıq qalan məsələlər prezidentlər səviyyəsində danışılsın".
"Görüşün formatında heç bir dəyişiklik olmayacaq. Dağlıq Qarabağ münaqişəsi üzrə sülh razılığı əldə etmək imkanı həmişə var. Görüşdən əvvəl hansı razılığa gələ biləcəyimiz barədə söz demək hələ tezdir. Belə görüş müsbət haldır. Bu görüşdə hər hansı irəliləyişə nail olub-olmayacağımız Ermənistanın mövqeyindən asılıdır".
ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin danıışıqlar prosesində roluna gəlincə, nazir bildirib ki, həmsədrlər danışıqlar prosesinin davam etdirilməsini vacib hesab edirlər.
Ötən il Kanadada prezidentlər səviyyəsində bəyanatın qəbul olunduğunu xatırladan nazir söyləyib ki, bəyanat icra olunmalıdır: "Ona görə də bunun üzərində iş davam etdirilir və demək olar ki, bütün həmsədr ölkələri- Fransa, Rusiya və ABŞ hazırdır. Onlar irəliləyişin olmasına çalışırlar. İlk istiqamət ondan ibarətdir ki, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılsın".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB