Milli Məclisin plenar iclasında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Hidayət oğlu Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsi məsələsi müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, müzakirələrdən sonra məsələ səsverməyə çıxarılıb. Deputatların 105-i məsələnin lehinə səs verib.
Qeyd edək ki, Əli Əsədov Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini vəzifəsində çalışıb.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB