"Tramp-Ərdoğan danışığı gözlənildiyi kimi keçməyib" mətbuat belə yazır
ABŞ prezidenti Donald Tramp və türkiyəli həmkarı Tayyib Ərdoğan arasında Suriyada planlaşdırılan əməliyyatla bağlı telefon danışığı gözlənildiyi kimi keçməyib. SİA bu barədə NBC kanalına istinadən xəbər verir.
Məlumata görə, bundan əvvəl Türkiyə prezidenti Suriyanın şimalında Fəratın şərqində bir Türk əməliyyatı ilə bağlı qərarın yaxın günlərdə verilə biləcəyini söyləmişdi.
O, əməliyyatın məqsədinin Suriya ilə Türkiyə arasındakı sərhədi Suriya kürdlərinin özünümüdafiə qüvvələrindən təmizləmək, orada təhlükəsizlik zonası yaratmaq və suriyalı qaçqınları Türkiyədə yerləşdirməkdən ibarət olacağını açıqlamışdı.
Vaşintqon isə ABŞ qüvvələrinin Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatında iştirak etməyəcəyini və əməliyyat bölgəsində olmayacağını açıqlamışdı.
Telekanalın informasiyasına görə, Ərdoğan Suriya ilə bağlı qərarında qətiyyətli olub, hətta Trampın “Ağ Ev”i ziyarət etmək təklifi onun öz fikrindən döndərə bilməyib.
Məlumata görə, Tramp Ərdoğana Türkiyənin böyük bir hərbi əməliyyata başlayacağı təqdirdə, ABŞ-ın Suriyadan öz qoşunlarını tamamilə çıxaracağı ilə bağlı xəbərdarlıq edib. Çağırışdan dərhal sonra “Ağ Ev”in aparat rəhbəri vəzifəsini icra edən Mick Mulvaney Pentaqonun rəhbəri Mark Esperə zəng edərək prezidentin qərarı barədə məlumat verib.
“Biz Türkiyənin əməliyyatını heç bir şəkildə dəstəkləmirik. Hər kəs, prezidentdə də daxil olmaqla Suriyada təhlükəsiz bir zona yaratmaq üçün çalışdıq”, -deyə Mick Mulvaney açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB