"Hər iki dövlətdə xalqlar birgə, mehriban şəraitdə yaşayırlar" ÖZƏL -MÜNASİBƏT

"Hər iki dövlətdə xalqlar birgə, mehriban şəraitdə yaşayırlar" ÖZƏL -MÜNASİBƏT

"Cənab Prezidentin Rusiyanın “Rossiya” və “Birinci” televiziya kanallarına müsahibəsi kifayət qədər ciddi məqamları əhatə edirdi və bu müsahibədə iki ölkə arasındakı münasibətlərə toxuması, ölkənin birinci şəxsinin münasibətlərə münasibəti əlbətdə ki, maraq doğurmaya bilməzdi. Ölkə başçımız müsahibəsində Azərbaycan-Rusiya münasibətlərini strateji xarakter daşımasını və zamanın sınağından çıxmasını ifadə etməsi bu münasibətlərin əhəmiyyətini bir daha ortaya qoyur". Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə, Azərbaycan-Rusiya əlaqələrini şərtləndirən faktorlar ilk növbədə möhkəm dostluq, mehriban qonşuluq, etibarlı tərəfdaşlıq və qarşılıqlı hörmət prinsipləridir ki, qeyd etdiyimiz fakorlar hər iki dövlətin siyasi rəhbərliyinin, xüsusilə də birinci şəxslərin birgə səyləri və güclü siyasi iradələri sayəsində bu prinsiplər inkişaf etdirilərək əlaqələrin daha da möhkəmlənməsini şərtləndirməkdədir: "Bu münasibətlərin həm tarixi kökləri var və həm də bu münasibətlər iki qonşu xalqın əsrlərlə formalaşdırdığı dostluq kimi vacib bir dəyərlə daha da zənginləşmişdir. Hər iki ölkənin prezidentləri mütəmadi görüşərək bu münasibətlərin inkişafına önəm verdiklərini ifadə edirlər. Artıq elə bir sahə yoxdur ki, o sahədə əlaqələr və əməkdaşlıq mövcud olmasın və inkişaf etməsin.

Yuxarıda qeyd etdiyimiz kimi, siyasi əlaqələr, hər iki ölkənin prezidentlərinin dostluq münasibətləri əlaqələrin daha da genişlənməsində ciddi faktordur. Dövlət başçılarının iradəsi ilə siyasi, iqtisadi, humanitar, hərbi-texniki və s. sahələrdə əməkdaşlıq dinamik xarakter daşıyır. Belə ki, ölkələrarası ticarətin həcmi genişlənməkdədir, birgə layihələrdə iştirak hər iki dövlətin iqtisadiyyatına dividentlər gətirməkdədir. Xarici ticarətin artım tempi yüksələn templə davam edir və artıq bu ilin sonunadək ticarət dövriyyəsinin 3 milyard dollara çatması gözlənilir. Həm Rusiyanın, həm də Azərbaycanın əlverişli investisiya mühiti işğüzar dairələr üçün geniş üfüqlər açmaqda davam edir. 700-ə yaxın Rusiya şirkətinin Azərbaycan iqtisadiyyatına yatırdığı investisiya 4,6 milyard dollar, bizim dövlətin yatırdığı investisiya kapitalı isə 1,2 milyard dollar təşkil edir və Rusiyanın ən müxtəlif regionlarını əhatə edir. Bu strateji iqtisadi əlaqələr energetika sahəsində, birgə nəqliyyat qovşaqlarının istifadəsi, həmçinin kənd təsərrüfatı sahəsində də davamlı şəkildə inkişaf etməkdir.

Azərbaycan-Rusiya əlaqələri iki dost və qonşu dövlətin münasibətləri olaraq zamanın sınağından çıxmışdır. Hər iki dövlətdə qardaş xalqlar birgə, mehriban şəraitdə yaşayırlar və bu da əlaqələrin daha da etibarlı şəkildə inkişafında vacib elementlərdən biridir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə