Prezident İlham Əliyev “Ana harayı” abidəsini ziyarət edib

Prezident İlham Əliyev “Ana harayı” abidəsini ziyarət edib
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Xocalı soyqırımının 19-cu ildönümü münasibətilə Bakıda faciə qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsini ziyarət edib.

SİA-nın məlumatına görə, dövlət başçısı abidənin yerləşdiyi əraziyə gələrək soyqırımı qurbanlarının xatirəsini yad edib, abidə önünə əklil qoyub.

Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoyublar.
Sonra Prezident İlham Əliyevə abidənin ucaldığı parkda aparılmış yenidənqurma işləri haqqında məlumat verilib.
Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak ediblər.
Anma mərasiminin iştirakçıları abidənin önünə tər qızılgüllər, qərənfillər düzüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə