Çində yaşı 60-ı keçənlərin sayı 2015-ci ildə 216 milyondan çox olacaq. SİA-nın "Şinhua" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri vətəndaşlıq işləri naziri Li Ligou deyib. O, bildirib ki, yaşı 60-dan çox olanların sayı hər il orta hesabla 8 milyon artır.
Çinin Milli Yaşlanma Komitəsinin sədr müavini Bakan Li isə qarşıdakı 5 ildə əhalinin yaşlanması probleminin daha ciddi şəkil alacağını söyləyib. Komitə rəsmisi yaşlı əhalinin artım nisbətinin əhalinin artım nisbətini keçəcəyi xəbərdarlığını edib. Bakan Li yaşı 80-dən çox olanlarınn sayının isə 2015-ci ildə 24 milyon olacağını deyib.
Qeyd edək ki, Çin 1 milyard 300 milyon nəfərlə dünyada əhalinin ən sıx yaşadığı ölkədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB