Liviyanın neft ixracı təhlükəsizlik tədbirləri çərçivəsində dayandırıla bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Liviyanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) səfirinin köməkçisi İbrahim Dabbaşi deyib.
İbrahim Dabbaşi neft ixracının dayandırılmasından ölkənin neft sənayesinin zərər çəkməyəcəyini söyləyib. Liviya lideri Muammer Qəddafi ilə bir müddət yolları ayrılan Dabbaşi verdiyi açıqlamada BMT Təhlükəsizlik Şuranının Qəddafi və digər Liviya liderlərinə qarşı dərhal sanksiyaların qəbul edilməsi çağırışı edib. O, Qəddafiyə xitab olaraq "bu dəli bir adam, psixologiyası balanslı deyil. Öldürülənə qədər və ya intihar edənə qədər işindən ayrılmayacaq" deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB