Liviyadakı vəziyyət BMT Təhlükəsizlik Şurasının gündəminə çıxarılıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, BMT Təhlükəsizlik Şurasının hazırkı sədri Mariya Luiza Ribeyru Viotti (Braziliya) BMT Təhlükəsizlik Şurasının Liviyadakı vəziyyətlə bağlı qətnamə layihəsini müzakirə etmək qərarına gəlib. O, qeyd edib ki, müzakirələr zamanı Təhlükəsizlik Şurasının üzvləri zorakılığa son qoyulması və hazırkı böhrandan çıxış üçün məqsədyönlü tədbirləri də nəzərdə tutan qətnamə layihəsini təcili müzakirə etmək barədə razılığa gəliblər.
Liviya ilə bağlı qətnamənın bu günün ikinci yarısında qəbul edilə biləcəyini deyən Fransanın BMT yanındakı daimi nümayəndəsi Jerar Aro bildirib ki, BMT Təhlükəsizlik Şurasının üzvləri arasında onun məzmunu ilə bağlı fikir ayrılığı yoxdur.
Qeyd edək ki, BMT-nin baş katibi Pan Gi Mun ötən gün Təhlükəsizlik Şurasının iclasını açıq elan edərkən qurumun üzvlərini bəzi Liviya rəhbərlərinə qarşı ticarət və maliyyə sanksiyalarının tətbiqi, hərəkət qadağasının qoyulması və bank hesablarının dondurulması da daxil olmaqla tədbirlərin geniş spektrini nəzərdən keçirməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB