Barak Obama ilə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

Barak Obama ilə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

ABŞ prezidenti Barak Obama ilə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Barak Obamanın təşəbbüsü ilə baş tutan telefon danışığında Liviyada baş verən hadisələr, Türkiyə və ABŞ vətəndaşlarının bu ölkədən təhlükəsiz köçürülməsi kimi məsələlər müzakirə olunub.

 

Bundan başqa, asayişin qorunması və bərpası, insanların can və mal təhlükəsizliyinin təmin olunması, beynəlxalq ictimaiyyətin öz üstünə düşən öhdəlikləri yerinə yetirərək bu ölkəyə yardım etməsi üçün iki ölkə rəhbəri arasında razılıq əldə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə