"Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır" MÖVQE-ÖZƏL

"Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır" MÖVQE-ÖZƏL

“Azərbaycan Prezidentinin Soçi səfəri təkcə “Valday” klubunun tədbirini deyil, eləcə də Azərbaycan-Rusiya arasında ikitərəfli münasibətlərin ətraflı müzakirəsini nəzərdə tuturdu”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Tədbirdən öncə ölkə başçılarının geniş tərkibdə işgüzar görüş keçirdiklərini xatırlayan politoloq söyləyib ki, daha sonra prezidentlər “Valday” klüubunun tədbirinə qatılıblar.

Rusiya tərəfinin ikitərəfli münasibətlərin qurulmasında maraq göstərdiyini deyən İ. Vəlizadə söyləyib ki, Azərbaycan Rusiya üçün önəmli tərəfdaşlardan biridir.

Politoloq söyləyib ki, hazırda Rusiya Asiya istiqamətində öz səylərini gücləndirir və istiqamət onun üçün prioritet hesab olunur: “Bunun üçün qonşu ölkəyə regionda etibarlı tərəfdaşlar lazımdır ki, Azərbaycan da məhz həmin tərəfdaşlardan biridir”.

İ. Vəlizadə vurğulayıb ki, Azərbaycan Prezidentinin Soçidəki çıxışı, ölkə başçısına olan hörmət və diqqət ölkəmizin Rusiya üçün önəmini göstərir: “Bilirsiniz ki, Soçi görüşündən əvvəl Rusiya prezidenti Ermənistana səfər etmişdi və səfər müddətində Putinlə Paşinyan arasında görüş çox az vaxtı əhatə etmişdi. Hətta əsas məsələlər belə müzakirə edilməmişdi. Bunu hətta erməni mətbuatı da etiraf edir. Bütün bunlar göstərir ki, Rusiya Ermənistanla hər hansı problemlə bağlı danışıb, müzakirələr aparmaq niyyətində deyil. Ermənistan KTMT və Avrasiya İttifaqına üzva olmasına baxmayaraq, Rusiya üçün real çəkisi çox azdır. Təəssüf ki, Ermənistanın siyasi hakimiyyəti bunu dərk etmir”.

Politoloq qeyd edib ki, bütün bunların fonunda Azərbaycan-Rusiya münasibətləri dinamik və yüksələn xətlə inkişaf edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə