Ermənistanda üç gün ərzində bir itgi və üç yaralı var və görəsən hakimiyyət nə fikirdədir? SİA Ermənistana məxsus mətbuat səhifələrinə istinadən xəbər verir ki, bunu İctimai-siyasi fəal, analitik Karen Bekaryan özünün Facebook səhifəsində yazıb.
O, öz səhifəsində Ermənistan-Azərbaycan sərhədindəki son günlər yaranan vəziyyətə münasibət bildirib.
“Üç gün ərzində Ermənistan ərazisində 1 itki və 3 yaralı var. Hakimiyyətin reaksiyası necədir? Hansı addımlar atılır və ümumiyyətlə hansısa addımlar atılırmı? Uydurma mövzular və ucuz populist gündəm fonunda hakimiyyət reallıq hisslərini, ictimaiyyət isə öz müvafiq institutları ilə immunitetini günü-gündən tamamilə itirir”, deyə ictimai-siyasi fəal, analitik Karen Bekaryan qeyd edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB