Parlamentdə ermənilər “ifrit” ovuna çıxıb

Parlamentdə ermənilər “ifrit” ovuna çıxıb

Qrayr Tovmasyan məsələsi ilə bağlı səsvermədən sonra parlamentdə cadugər ovu başlayıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Qraparak” qəzeti yazır.
Qəzet yazır ki, Ermənistan parlamenti gizli səsvermə yolu ilə Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyanın səlahiyyətlərinə xitam verilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlib. 132 deputatdan 101-i səsvermədə iştirak etdi, 98-i “əleyhinə”, 1-i “əleyhinə”, iki bülleten etibarsız elan edilib. Səsvermədən dərhal sonra hakim partiya “ifrit” ovuna çıxıb və 1 əleyhinə və 2 etibarsız sayılan bülletinin kimlərə məxsus olduğunu təyin etmək üçün araşdırmaya başlayıb.

Nəşrin yazdığına görə, "Mənim addımım" fraksiyasının bütün itaətsiz deputatları, Sofiya Ovsepyan, Taqui Tovmasyan şübhə altına alınıb. Şübhəlilər arasında "Parlaq Ermənistan" fraksiyasının üzvü Taron Simonyan da olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə