““Milli Şura” aksiyaları havadarlarının sifarişlərinə əsasən keçirməyə çalışır” RƏY-ÖZƏL
““Milli Şura”nın icazəsiz aksiyaların keçirilməsi ilə bağlı çağırışları ölkədə olan sabitliyin və əmin amanlığın pozulmasına hesablanıb”. Bunu SİA-ya açıqlamasında QHT.az saytının rəhbəri, "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.
Onun sözlərinə görə, xüsusən Bakının mərkəzində hər hansı razılaşdırılmamış aksiyanın keçirilməsi məqsədə uyğun deyil: “Çünki, dövlət qurumları, ictimai əhəmiyyətli müəssisələr şəhərin mərkəzində yerləşir. Bakı şəhərində iş əmsalı fəal olan şəxslər yaşayır. Təsəvvür edin ki, hər gün xeyli paytaxt sakini vaxta qənaətlə bağlı ictimai nəqliyyatdan deyil, taksi xidmətindən istifadə edir. İmmanuel Kant deyirdi. Sənin azadlığın başqa birisinin azadlığının başladığı yerdə bitir. Bu baxımdan 50-100 nəfər şəxsin mənafeyinə görə, tıxacların yaranması, vətəndaşların əmlaklarına ziyan vurulması və digər formada ictimai asayişin pozulması halları yolverilməzdir. Dövlət tərəfindən müxalifət üçün mitinq keçirmək üçün yer ayrılmışdır. Amma öz sosial bazasına inanmayan müxalifət müxtəlif bəhanələrlə bu mitinqi keçirməkdən imtina etdi. Bildiyimiz kimi, artıq Bakı şəhər icra hakimiyyəti 8 oktyabrda planlaşdırılan aksiyaya da öz münasibətini bildirib. Bütün hallarda görünən odur ki, “Milli Şura” mitinq və müxtəlif aksiyaları məhz öz havadarlarının sifarişlərinə əsasən keçirməyə çalışırlar. Heç bir mütərəqqi platformalara qoşulmayan və real təkliflərlə çıxış etməyən radikallar anlamırlar ki, artıq ölkənin inkişafı ilə bağlı müzakirələr sivil formatda aparılır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB