Ermənistanda fikir ayrılıqları və “tərbiyəsiz deputatlara” xəbərdarlıq
Ermənistanın hakim “Mənim addımım” partiyası daxilində fikir ayrılığı özünü kəskin şəkildə biruzə verir və onlar artıq zəbərdarlıq da edirlər. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazır.
Qəzet yazır ki, öz şəxsi mülahizələri, fərqli düşüncəsi, yanaşması olan “tərbiyəsiz deputatları” özlərinə qarşı üsyan etməmələri üçün necə saxlamaq məsələsi "Mənim addımım" partiyasında vaxtaşırı müzakirə olunur.
Məşhur "üsyankar" kimi daha çox tanınan Varazdat Karapetyanın fikirəri və yanaşmaları, xüsusən də Amulsarın istismarı məsələsindəki mövqeyi hakim siyasi qüvvənin digərlərinin nöqteyi-nəzərindən, mövqeyindən kəskin şəkildə fərqlənir.
Nəşrin yazdığına görə, onun "üsyankar" olduğu ilə əlaqədar deputata xəbərdarlıq da edilib. Ancaq bir az sərt olmayan şəkildə desək, onun mövqeyi komandada heç də müsbət qarşılanmır. Elə ona görə də ona dəfələrlə xəbərdarlıqlar edilir və görünür Paşinyanın hakimiyyət komandası demokratiyanı bu qədər anlayır ki, fərqli düşüncə sahiblərinə xəbərdarlıq edilsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB