Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti Lənkəranda yekun konfrans keçirib

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti Lənkəranda yekun konfrans keçirib

Lənkəran şəhərində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ) Azərbaycan Respublikası İqtisadi Inkişaf Nazirliyi (İİN) ilə birlikdə regional konfrans keçirib.

SİA-nın cənub bürosunun məlumatına görə, Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarından 50-dək sahibkarın qatıldığı tədbir GIZ təşkilatı tərəfindən cənub bölgəsində 2006-cı ildən həyata keçirilən "Özəl sektorun inkişafı proqramı"nın yekunlarına həsr olunub.

Proqramın baş meneceri Mark Bekman və Lənkəran regionu üzrə rəhbəri Kaethe Braxan çıxış edərək GIZ təşkilatının İİN-nin birgə iştirakı ilə ötən müddətdə regionda mebel, turizm və çay sektorlarında biznes mühitinin daha da inkişaf etdirilməsi məqsədilə müxtəlif xidmətlərin göstərildiyini, sahibkarlar üçün səfərlərin təşkil edildiyini və ayrı-ayrı assosiasiyalaırn yaradılmasında məsləhətçi kimi iştirakından söz açıblar.

Tədbir zamanı, həmçinin cənub bölgəsinin regional loqotipinin (brendinin) təqdimatı keçirilib.

Qeyd olunub ki, bu loqotip bölgənin 6 rayonunun icra hakimiyyətlərinin nümayəndələrindən ibarət işçi qrupunun birgə iştirakı ilə tərtib olunub və sonradan peşəkar dizayner tərəfindən işlənilərək hazırlanıb.

Konfransda sahibkarların maraqlarına uyğun olaraq bu loqotipin müxtəlif formada tətbiq oluna biləcəyi, regionda istehsal olunan məhsulların daha çox tanınmasında mühüm rol oynayacağı diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə